Bank Of Baku

Hindistan Milli Neft Şirkəti Bakıda nümayəndəlik açır

Hindistan Milli Neft Şirkəti Bakıda nümayəndəlik açır
# 24 oktyabr 2012 07:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev ilə ABŞ-ın «Hess» Korporasiyası və Hindistan Milli Neft Şirkətinin nümayəndələri arasında görüş keçirilib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, «Hess» Korporasiyasının icraçı vitse-prezidenti, eyni zamanda şirkətin kəşfiyyat və hasilat bölməsinin prezidenti Qreq Hill Azərbaycan və ARDNŞ ilə uzun müddət səmərəli əməkdaşlıq şəraitində çalışdıqlarını və bundan məmnun qaldıqlarını söyləyib, eləcə də ötən dövrdə ARDNŞ-in göstərdiyi dəstəyə görə R.Abdullayevə təşəkkürünü bildirib.

Hindistan Milli Neft Şirkətinin idarəedici direktoru D.K.Sarraf yaxın müddətdə ARDNŞ ilə əməkdaşlığa başlayacaqlarına və bu tərəfdaşlığın hər iki ölkə üçün məhsuldar olacağına əminliyini ifadə edib. Qonaq Azərbaycanda xarici sərmayədarların fəaliyyəti üçün əlverişli imkanlar yaradıldığını vurğulayaraq yaxın zamanlarda Bakıda öz ofislərini açacaqlarını qeyd edib, ARDNŞ ilə birgə fəaliyyətin iki xalqın rifahına xidmət edəcəyini söyləyib.

ARDNŞ prezidenti R.Abdullayev uzunmüddətli əməkdaşlığa görə ABŞ-ın «Hess» şirkətinə təşəkkürünü bildirib, hər iki şirkətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR