Rövnəq Abdullayev: «Azərbaycanda neft hasilatının azalması BP-nin «Əsrin Müqaviləsi» üzrə risklərdən qaçması ilə bağlı olub»
24 oktyabr 2012 09:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ rəhbəri hasilatın aşağı düşməsinin guya bu yatağın ehtiyatlarının azalması ilə bağlı olduğunu qətiyyətlə təkzib edib: «Yataq böyükdür və onun çox böyük ehtiyatları var. Burada yatağın guya tükənməsi və s. barədə deyilənlər tamamilə əsassızdır. Hazırda «Azəri-Çıraq-Günəşli» yataqlarındakı mövcud platformalardakı quyu yerlərinin 50%-indən hələ istifadə edilməyib».
R.Abdullayevin sözlərinə görə, 2008-ci ildə Meksika körfəzində BP-nin platformasında böyük bir qəza, bundan sonra «Azəri-Çıraq-Günəşli» yataqlarında təbii qaz sızmaları baş verib. Nəticədə, qaz sızmasının səbəblərini araşdırmaq üçün «Mərkəzi Azəri» platformasının işi bir neçə ay müddətinə dayandırılıb. Bu işlər nəticəsində həmin il BP planlaşdırılan neft hasilatını yerinə yetirə bilməyib: «Bundan başqa, BP Meksika körfəzində baş verən qəzadan sonra hasilat zamanı ortaya çıxan risklərin idarə olunmasından çox, risklərdən tamamilə çəkinmə taktikasını seçib. Halbuki hasilat sənayesində risklərin olması təbiidir. Qurddan qorxursansa, meşəyə getməməlisən. Risklərdən qorxursansa, hasilat da olmayacaq». Buna görə də hasilatın artırılması ilə bağlı yeni hazırlanan proqramda risklərin idarə olunması məsələsi də əksini tapacaq.
Hasilatın BP tərəfindən qəsdən azaldılması ehtimalına münasibət bildirən R.Abdallayev bunu əsassız sayır: «Hasilatın BP tərəfindən bilərəkdən azaldılması ehtimalı yoxdur. Biz bu prosesə nəzarət edirik. Əsas səbəblər, dediyim kimi, texniki məsələlər və BP-nin risklərdən qaçması ilə bağlı olub».

Sənaye və energetika
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024