Bank Of Baku

«LUKoil» şirkəti Azərbaycanda ilk dəfə olaraq YDM-lərin françayzinqlə fəaliyyətini təşkil edir

«LUKoil» şirkəti Azərbaycanda ilk dəfə olaraq YDM-lərin françayzinqlə fəaliyyətini təşkil edir
# 24 oktyabr 2012 13:12 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə şirkətin Bakı nümayəndəliyindən məlumat verilib.

Artıq şirkətin 29 yanacaqdoldurma məntəqəsindən 3-ü, o cümlədən bu gün Şamaxı rayonunda işə düşən iki YDM bu sxemlə işləyir. Hazırda «LUKoil» YDM şəbəkəsi məntəqələrin sayına görə ölkədə ikinci ən böyük şəbəkədir. Məntəqələrin 11-i Bakıda, qalanları ölkənin regionlarında yerləşir. İlin sonunadək daha 1-2 məntəqənin açılması nəzərdə tutulur.

Artıq «LUKoil-Azerbaijan» şirkəti Bakı şəhərinin Suraxanı rayonu ərazisində tikiləcək yeni yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi ilə bağlı tender elan edib. Şirkətdən verilən məlumata görə, YDM-lərin françayzinq sxemi ilə işə düşməsi prosesi bundan sonra da davam edəcək. Bundan sonra şirkət YDM-lərin icarə əsasında fəaliyyətinə də üstünlük verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR