Bank Of Baku

OPEC İranla Səudiyyə Ərəbistanı arasındakı gərginliyə görə yeni baş katibi seçə bilmir

OPEC İranla Səudiyyə Ərəbistanı arasındakı gərginliyə görə yeni baş katibi seçə bilmir
# 24 oktyabr 2012 15:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) yeni baş katibi seçə bilməyib.

APA-nın məlumatına görə, bu barədə təşkilatın Liviya üzrə nümayəndəsi Samir Salam Kamal açıqlama verib.

O bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında yaranmış gərginlik təşkilata yeni baş katibi seçməyə mane olur: “Hər iki ölkə də öz nümayəndəsini OPEC-in yeni baş katibi görmək istəyir. İran bu vəzifə üçün sabiq neft naziri Qulam Hüseyn Nəzərinin, Səudiyyə Ərəbistanı isə sabiq təmsilçisi Məcid əl-Munifin namizədliyini irəli sürür”.

Qeyd edək ki, OPEC yeni baş katibi ilə bağlı son qərarı təşkilatın dekabrın 12-də Vyanada keçiriləcək konfransında verilməlidir. Hazırda bu vəzifəni təşkilatın liviyalı təmsilçisi Abdullah Səlim əl-Bədri icra edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR