Bank Of Baku

Ermənistan və İran Araz çayı üzərində iki elektrik stansiyası inşa edəcək

Ermənistan və İran Araz çayı üzərində iki elektrik stansiyası inşa edəcək
# 25 oktyabr 2012 13:15 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Yaxın 10-15 gün ərzində Ermənistanın İranla həmsərhəd olan Mehri rayonunda, Araz çayı üzərində su elektrik stansiyasının (SES) inşasına başlanacaq. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan məlumat verib.

Nazir qeyd edib ki, Ermənistan və İran sərhədin hər bir tərəfində iki SES inşa edəcək. Bunlardan biri Mehridə, digəri isə Qaraçılar şəhərində yerləşəcək. İnşaat işlərinin paralel aparılması isə məsrəflərin 10-15% azalmasına səbəb olacaq.

Hər bir stansiya ildə 793 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal edəcək. Mehri SES-nin layihə gücü 130 MVt təşkil edəcək, inşaat işləri 5 il davam edəcək, layihə isə 323 mln. dollar həcmində qiymətləndirilir və bu vəsaiti İran İnvestisiya Şirkəti maliyyələşdirəcək.

Tikinti başa çatandan sonra Mehri SES ilk 15 il ərzində İranın «Farat-Sepasat» şirkəti tərəfindən istismar olunacaq və hasil olunan elektrik enerjisi İran tərəfinə ötürüləcək. Bununla da Ermənistan İranın ayırdığı sərmayəni ödəmək niyyətindədir. Sonradan isə stansiya Ermənistanın sərəncamına təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR