Bank Of Baku

Azərbaycan paytaxtında Milli Neft Məlumat Bankları üzrə konfrans keçiriləcək

Azərbaycan paytaxtında Milli Neft Məlumat Bankları üzrə konfrans keçiriləcək
# 30 oktyabr 2012 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Milli Neft Məlumat Bankları üzrə konfrans keçiriləcək.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu barədə qərar Kuala-Lumpurda (Malayziya) keçirilən Milli Neft Məlumat Bankları üzrə konfransda qəbul olunub. Azərbaycan bu beynəlxalq forumda ikinci dəfədir iştirak edib. Tədbirdə 2014-cü ildə keçiriləcək növbəti konfransın yeri haqqında müxtəlif təkliflərin verilməsinə baxmayaraq, müzakirələr nəticəsində tədbirin Bakıda keçirilməsi barədə qərar yekdilliklə qəbul olunub.

Bakıda keçiriləcək konfransda 45 ölkədən 200-dən çox nümayəndənin iştirakı gözlənilir. Konfransa hazırlıq işlərinin ARDNŞ-in İnformasiya texnologiyaları və rabitə İdarəsi tərəfindən aparılması qərara alınıb.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən bu nüfuzlu konfransın məqsədi neft məlumat bankına malik olan və ya onu yaratmağı planlaşdıran ölkələr arasında təcrübə mübadiləsinin aparılması, neft-qaz sahəsində məlumat bazalarının yaradılması ilə bağlı standartların işlənilib hazırlanmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR