2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.
Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,7 % azalaraq 19,61 milyard manata enib, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 1,5 % artaraq 55,59 milyad manata yüksəlib.