Bank Of Baku

Azərbaycanda bu il sənaye istehsalı 53 mlrd. manatı ötüb

Azərbaycanda bu il sənaye istehsalı 53 mlrd. manatı ötüb
# 16 noyabr 2024 13:41 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-oktyabr aylarında 53,3 mlrd. manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.

Sənaye məhsulunun 64%-i mədənçıxarma sektorunda, 30,3%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5% azalıb, əmtəəlik qaz hasilatı isə 6,8% artıb”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR