Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 931 mln. manatlıq məhsul istehsal edilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 84,9%, kimya sənayesi məhsullarının istehsalı 13,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 4,7% artıb.
Kimya sənayesi məhsullarının istehsalının dinamikası:
Məlumata görə, kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 15,2%, polietilen istehsalı 11,9%, etilen istehsalı 10,8%, karbamid istehsalı 2,7%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 41,2%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 38,4%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3% artıb.
Qeyd olunur ki, hesabat dövründə ölkədə polietilendən kisə və çantalar istehsalı isə 29,1% azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2025-ci ilin yanvar-may aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.06.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları |
|||
Təsirsiz qazlar, min kub metr |
18 913,3 |
107,3 |
20,5 |
ondan azot, min kub metr |
10085,5 |
100,1 |
17,0 |
Lak-boya məmulatları, ton |
13631,1 |
115,2 |
713,8 |
Qeyri-üzvi kimyəvi maddələr, ton |
9160 |
70,8 |
6210,0 |
ondan yod, ton |
79,6 |
96,4 |
23,2 |
Üzvi kimyəvi maddələr, min ton |
366,6 |
96,1 |
43,7 |
ondan: etilen, min ton |
67,6 |
110,8 |
1,5 |
propen (propilen), min ton |
59,7 |
103,3 |
0,7 |
metanol (metil spirti), min ton |
183,8 |
89,9 |
32,8 |
Etil spirti, min dkl |
59,3 |
4,1 d. |
74,2 |
Gübrə və azot birləşmələri, min ton |
256 |
102,7 |
16,8 |
ondan karbamid, min ton |
255,9 |
102,7 |
16,7 |
İlkin formada plastik kütlə, min ton |
128,2 |
109,9 |
29,3 |
ondan polietilen, min ton |
65 |
111,9 |
14,6 |
Yapışqan və yapışdırıcı maddələr, min ton |
71,5 |
169,4 |
12,3 |