Bank Of Baku

Bakıda müasir bərpa olunan enerji laboratoriyasının açılışı olub - FOTO

Bakıda müasir bərpa olunan enerji laboratoriyasının açılışı olub - FOTO
# 07 sentyabr 2026 16:05 (UTC +04:00)

"Gələcəyin enerji sistemlərinin tələb etdiyi bilik və bacarıqların inkişafı üçün həm insan kapitalına, həm də təhsil infrastrukturuna sərmayə qoymaq olduqca vacibdir".

"APA-Economics" xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpa olunan enerji laboratoriyası açılışı mərasimi zamanı bildirib.

"Bərpa olunan enerji üzrə magistr proqramına dəstək verməkdə və ADNSU-da bu yeni laboratoriyanı yaratmaqda məqsədimiz tələbə və tədqiqatçılar üçün sürətlə dəyişən enerji sektorunda əhəmiyyəti getdikcə artan texnologiyalar üzrə praktiki təcrübə imkanı yaratmaqdır. Ümid edirik ki, bu təşəbbüs ölkədə bərpa olunan enerji sahəsində bacarıqların artırılmasına, tədqiqat və tədris imkanlarının gücləndirilməsinə və Azərbaycanın enerji keçidini dəstəkləyəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verəcək”, - Bəxtıyar Aslanbəyli qeyd edib.

Qeyd edək ki, bu gün bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpa olunan enerji laboratoriyası hədiyyə edib. Bu, şirkətin Azərbaycanda bərpa olunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mühüm mərhələsidir. Laboratoriyanın yaradılması bp-nin bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.

Xatırladaq ki, Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR