Bank Of Baku

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir
# 15 iyul 2026 09:51 (UTC +04:00)

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası keçirilir.

"APA-Economics" xəbər verir ki, iclasda OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir. Azərbaycan tərəfi tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə təmsil olunur

Tədbirdə OPEC-ə üzv ölkələrin və Əməkdaşlıq Xartiyasında iştirak edən dövlətlərin nümayəndələri bir araya gəlib. Görüşdə dəyişən qlobal enerji mənzərəsi fonunda enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunur.

İclas çərçivəsində Texniki Komitənin sədrinin seçilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR