Bank Of Baku

Pərviz Şahbazov: Bakı qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınır

Energetika naziri Pərviz Şahbazov

© APA | Energetika naziri Pərviz Şahbazov

# 15 iyul 2026 10:16 (UTC +04:00)

Bu gün Bakı təkcə zəngin neft irsi ilə deyil, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınır.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası zamanı bildirib.

"Məhz burada beynəlxalq əməkdaşlığı təşviq edən çoxsaylı təşəbbüslər irəli sürülür, mühüm strateji məsələlər müzakirə edilir və gələcəyin qlobal enerji gündəliyinin əsas istiqamətləri formalaşdırılır", - Pərviz Şahbazov qeyd edib.

Onun sözlərinə görə, enerji iqtisadi inkişafın dayağı olmaqla kifayətlənmir. O, etibarlı tərəfdaşlığın, qarşılıqlı etimadın və, əlbəttə ki, ortaq məsuliyyətin rəmzidir. Azərbaycan məhz bu prinsipləri rəhbər tutaraq qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bazar sabitliyinin qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına ardıcıl töhfə verməkdə davam edir.

Nazir vurğulayıb ki. Azərbaycanın OPEC+ əməkdaşlıq çərçivəsində fəal və konstruktiv iştirakı da bu prinsiplərə sadiqliyimizin bariz təzahürüdür.

"Azərbaycan, Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı olan ölkə kimi, artıq on ilə yaxındır ki, OPEC+ platforması çərçivəsində təklif və tələbat arasında tarazlığın qorunması məqsədilə qlobal neft bazarının sabitliyinə fəal və məsuliyyətli şəkildə töhfə verir", - Pərviz Şahbazov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR