Bank Of Baku

BEA 2026-cı il üçün dünyada neft tələbinə dair proqnozunu azaldıb

BEA 2026-cı il üçün dünyada neft tələbinə dair proqnozunu azaldıb
# 12 avqust 2026 13:21 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (BEA, IEA) 2026-cı ildə gündəlik qlobal neft tələbinin 1,6 mln. barelə yaxın azalacağını proqnozlaşdırır.

Bu barədə “APA-Economics” BEA-nın aylıq hesabatına istinadən xəbər verir.

BEA 2026-cı il üzrə gündəlik qlobal neft tələbinə dair proqnozunu öncəki gözləntisi ilə müqayisədə 510 min barel azaldıb. Belə ki, agentlik iyul ayında 2026-cı ildə gündəlik qlobal neft tələbinin 1,047 mln. barel azalacağını proqnozlaşdırmışdı.

Hesabata əsasən, 2026-cı ildə gündəlik qlobal neft tələbi 103,288 mln. barel təşkil edəcək. 2025-ci ildə bu göstərici 104,844 mln. barel olub.

Bundan başqa, BEA 2027-ci ildə gündəlik qlobal neft tələbinin 105,7 mln. barelə çatacağını gözləyir.

Agentlik gündəlik qlobal neft tələbinin azalmasını Hörmüz boğazının bağlanmasının davam etməsi və yüksək neft qiymətlərinin neft istehlakını məhdudlaşdırması ilə əlaqələndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR