Bank Of Baku

Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib

Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
# 25 iyul 2026 09:02 (UTC +04:00)

Dünya bazarında neft 4 dollara yaxın ucuzlaşıb.

APA-Economics” xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin sentyabr fyuçersləri 2,88 ABŞ dolları və ya 3,12% ucuzlaşaraq bir barel üçün 89,31 dollara enib.

Londonun “ICE” birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 3,91 ABŞ dolları və ya 3,88% azalaraq 96,78 dollar/barel təşkil edib.

Analitiklər bildirirlər ki, qiymətlərdəki enişə əsas səbəb ABŞ və İran arasında gərginliyin daha da dərinləşməyəcəyi ilə bağlı gözləntilərin güclənməsi və Hörmüz boğazında neft tədarükünə dair risklərin azalması olub. Bundan əlavə, investorlar yüksək qiymətlərdən sonra mənfəət götürməyə üstünlük veriblər ki, bu da satış təzyiqini artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR