Bank Of Baku

İsrail ordusu Qəzzaya zərbələr endirdiyini açıqlayıb

İsrail ordusu Qəzzaya zərbələr endirdiyini açıqlayıb
# 25 iyul 2026 02:48 (UTC +04:00)

İsrail ordusu Qəzza zolağına zərbələr endirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hücumların HAMAS-a məxsus hərbi obyektlərini, o cümlədən silah anbarlarını, silah emalatxanalarını və yeraltı obyektləri hədəf aldığı bildirilir.

İsrail ordusunun məlumatına görə, zərbə endirilən anbarlarda Kalaşnikov avtomatları, tank əleyhinə əl qumbaraatanları, minaatan mərmiləri, partlayıcı qurğular və digər hərbi avadanlıqlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR