Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb

Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
# 29 mart 2024 12:24 (UTC +04:00)

“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 46) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə,Texniki Komitə elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması, elektroenergetika subyektlərinin effektiv fəaliyyətinin təmin edilməsi, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativ sənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi daşıyır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilmiş Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR