Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
# 25 aprel 2024 13:36 (UTC +04:00)

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

“Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır", - Alen Simonyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR