Paşha Bank
Bank Of Baku

SOCAR və BP AÇG yatağında neftvermə əmsalını 40%-dən yuxarı qaldırmağı hədəfləyir

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov

© APA | SOCAR-ın vitse-prezidenti Babək Hüseynov

# 13 noyabr 2026 14:17 (UTC +04:00)

Azəri-Çıraq-Günəşli yatağı təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal miqyasda strateji əhəmiyyət daşıyan əsas aktivlərdən biridir.

“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

“AÇG dünyanın ən qabaqcıl neft-qaz aktivlərindən biridir. Neft yatağını qiymətləndirərkən onun keçiriciliyi, məsaməliliyi, ölçüsü və digər parametrləri mühüm əhəmiyyət daşıyır. Bütün bu göstəricilər fərq yaradır.

Əlbəttə, heç kimə sirr deyil ki, yataq pik hasilat səviyyəsinə çatıb və bundan sonra təbii hasilatın azalması mərhələsinə qədəm qoyub”.

O vurğulayıb ki, SOCAR-ın qarşısında duran əsas vəzifə bu aktivdən maksimum dəyəri necə əldə etməyin yollarını müəyyənləşdirməkdir:

“Biz bu məsələyə fərqli yanaşa bilərdik. Müstəqil təhlillər apara, öz qiymətləndirmələrimizi həyata keçirə bilərdik. Amma biz belə bir yanaşma seçmədik. Qərara gəldik ki, operator bp ilə birlikdə çalışaq və əsas sualı müəyyənləşdirək: yatağın son neftvermə əmsalı nə qədər ola bilər? Bu, layihəyə yanaşmamızın ən mühüm istiqamətlərindən biri idi.
Bəs bu yataq üçün son neftvermə əmsalı hansı səviyyədə olmalıdır? Operatorun bu barədə bir mövqeyi, bizim isə başqa bir yanaşmamız ola bilərdi. Lakin müzakirələr nəticəsində təxminən 40 faizdən yuxarı göstəricinin mümkün olduğu qənaətinə gəldik.

Bu nəticəyə neftin keyfiyyətini və mövcud infrastrukturumuzu dərindən təhlil edərək gəldik.

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, neft yatağında 40 faizdən yüksək neftvermə əmsalına nail olmaq dünya miqyasında ən yüksək göstəricilərdən biri hesab olunur. Beləliklə, bu məsələdə ortaq mövqeyə gəldik. Bundan əlavə, həmin hədəfə çatmaq üçün yeraltı qatlarda, yəni laylarda genişmiqyaslı seysmik tədqiqatlar aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR