Bank Of Baku

“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək
# 11 oktyabr 2013 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı münasibətilə oktyabrın 13-dən etibarən gücləndirilmiş iş rejiminə keçəcək.

 

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.

 

Belə ki, 185 nömrəli “qaynar xətt”in iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.

 

“Azəriqaz” İB bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR