Bank Of Baku

“İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edilib

“İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edilib
# 28 yanvar 2013 15:35 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edib.

 

APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, dəyişikliyə əsasən, siyahının birinci abzasında “Bürosu” sözü ”Mərkəzi” sözü ilə əvəz edilib. Yəni "İstehlak Mallarının Ekspertizası Bürosu" Məhdud Məsuliyyətli Cəmiyyəti “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlanacaq.

 

Digər dəyişikliyə əsasən isə, "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti" də İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR