Bank Of Baku

“İsmayıllı-1” Su Elektrik Stansiyası işə salınıb

“İsmayıllı-1” Su Elektrik Stansiyası işə salınıb
# 14 avqust 2013 11:10 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, “İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.

 

Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verilib. Bildirilib ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılıb.

 

Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə salıb.

 

Diqqətə çatdırılıb ki, stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilib. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq. Yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcək. İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcək. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılıb.

 

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR