Bakı. Anaxanım Hidayətova – APA-Economics. Rusiyanın “Qazprom” şirkəti ilə Ermənistan arasında qazın qiymətinə dair aparılan danışıqlar başa çatmaq üzrədir. “APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bildirib.
Onun sözlərinə görə, danışıqlar başa çatdıqdan sonra qazın razılaşdırılmış qiyməti açıqlanacaq: “Bu, MDB məkanında ən yaxşı qiymət olacaq”.
Qeyd edək ki, hazırda Ermənistan Rusiya qazını 180 dollara alır.