Bank Of Baku

“Sumqayit Elektrik Şəbəkəsi” 440-dan artıq elektrik enerjisindən istifadə qaydalarının pozulması faktını aşkarlayıb

“Sumqayit Elektrik Şəbəkəsi” 440-dan artıq elektrik enerjisindən istifadə qaydalarının pozulması faktını aşkarlayıb
# 29 yanvar 2013 09:56 (UTC +04:00)

Bakı – APA-Economics. “Sumqayit Elektrik Şəbəkəsi” (EŞ) tərəfindən 2012-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 440-dan artıq istehlakçının (bunun 419-u məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib.

 

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 mln. 164,6 min kVt/saata yaxın (bunun 872,9 min kVt/saatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 69,9 min manata yaxın istehlak dəyəri bərpa edilib.

 

Qeyd edək ki, ötən il ərzində 3550-dən artıq qayda pozuntusu (bunun 3242-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək akt tərtib olunub. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 9 mln. 545,4 min kVt/saatdan artıq (bunun 5 mln. 700,4 min kVt/saatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 572,7 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66%-dən artıq hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR