Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edib. «APA-Economics»in məlumatına görə, satışı təşkil olunan məhsullar bunlardır:
|
№ |
Məhsulun, yarımfabrikat və xammalın adı |
Tətbiq sahəsi |
|
1 |
Dixloretan |
Həlledici kimi, PVX istehsalında |
|
2 |
Mütləqləşdirilmiş izopropil spirti |
Propilenin sulfat turşusu ilə hidratlaşmasından alınan məhsuldur. Xarakterik iyə malik rəngsiz, şəffaf, tez alışan mayedir. Üzvi sintezdə və sənayenin müxtəlif sahələrində həlledici kimi istifadə olunur. |
|
3 |
Natrium bixromat |
Texniki vasitələr şəklində dəri, toxuculuq, kimya istehsalatında, sənaye məqsədləri üçün qeyri-üzvi piqmentlərin hazırlanmasında katalizatorun və ya digər kimyəvi maddələrin komponenti kimi tətbiq olunur. |
|
4 |
Alkil sulfanol |
Emulqator, yuyucu vasitələr istehsalı üçün səthi-aktiv maddə |
|
5 |
Kalium qələvisi |
Tibb sənayesində, gübrə istehsalında, sintetik kauçuk istehsalında, akkumlyatorlar üçün elektrolitin, duzların, reaktivlərin alınmasında və xalq təsərrüfatının digər sahələrində istifadə olunur. |
|
6 |
Urotropin 1381-73 |
Sintetik kauçuk, plastmas, lak örtüklərinin istehsalında istifadə olunur. Tibb sahəsində urotropin antiseptik kimi istifadə olunur. Bu maddə analitik kimyada ionların mikrokristalloskopik müəyyən edilməsi məqsədilə və bufer məhlullarının hazırlamasında istifadə edilir. Həmçinin pirotexnikada və qida sənayesində geniş istifadə olunur. |
Əlaqə telefonu: (012) 521-25-21, (050) 379-48-36
E-mail: [email protected]