Bank Of Baku

«Azərikimya»nın rəhbərliyi Sumqayıtın Tarixi Muzeyinin əməkdaşları ilə görüşüb - FOTO

«Azərikimya»nın rəhbərliyi Sumqayıtın Tarixi Muzeyinin əməkdaşları ilə görüşüb - <span style="color: red;">FOTO
# 28 dekabr 2012 09:31 (UTC +04:00)

Bakı – APA-Economics. ARDNŞ-ın «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyi Yeni il ərəfəsində Sumqayıtın Tarixi Muzeyində olub.

 

İB-dən “APA-Economics”ə verilən məlumata görə, onlar muzeyin yaranma tarixi, onun ekspozisiyaları haqqında geniş məlumat alıb, burada Sumqayıtın neft-kimya sənayesinin inkişaf tarixi, bu sahədə uzun illər fədakarlıqla çalışmış kimyaçıların əmək yolu ilə bağlı foto-şəkillər və sənədlərlə tanış olublar.

 

Bildirilib ki, 1967-ci ildə yaradılmış Sumqayıtın Tarixi Muzeyi bu şəhərin ötən əsrlərdən başlayaraq bu günümüzədək olan dövrünü, onun  yeni və müasir bir sənaye şəhəri kimi inkişafını əks etdirən maddi-mənəvi bir xəzinə olmaqla özündə Sumqayıtın zəngin salnaməsini yaşadır. Muzeyin salonlarında toplanmış 15 mindən artıq qiymətli eksponat - Sumqayıtın müxtəlif dövrlərini əks etdirən foto-stendlər, müxtəlif sənədlər yalnız sumqayıtlılarda deyil, müxtəlif ölkələrdən bu şəhərə gələn qonaqlarda və turistlərdə də böyük maraq doğurur. Hələ ötən əsrlərdə Azərbaycana səfər etmiş səyyahlar, tarixçi və yazıçılar, o cümlədən dahi fransız yazıçısı və tarixçisi Aleksandr Düma öz əsərlərində Sumqayıtla bağlı maraqlı məlumatlar veriblər.

 

Muzeyin 45 illiyi münasibətilə kollektivi təbrik edən «Azərikimya» İB-in Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Birliyin son illərdəki fəaliyyətini, istehsalat və sosial inkişafını əks etdirən, xüsusi olaraq hazırlanmış albomu muzeyin yeni eksponatlarından biri kimi muzey rəhbərliyinə təqdim edib.

 

Görüş zamanı «Azərikimya»da son illər baş verən pozitiv dəyişiklikləri əks etdirən slayd-şou nümayiş etdirilib və muzeyə hədiyyə olunub.

 

Muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Olya İslamova İB kollektivinin muzeylə daimi əlaqə saxladığına, kimyaçı­ların və şəhər məktəblilərinin muzeyə vaxtaşırı ekskursiyalarının təşkil olunduğuna, bütövlükdə muzeyə və onun kollektivinə göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR