Bank Of Baku

«Azəriqaz» bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

«Azəriqaz» bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 30 dekabr 2012 10:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.

 

Bundan əlavə, «185» nömrəli qaynar xəttin iş saatı artırılacaq, «104» nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.

 

«Azəriqaz» hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR