Bakı – APA-Economics. Yanvarın 11-də Qazıməmməd-Qazax magistral qaz kəmərinin 128-ci kilometrliyində baş vermiş qəza ilə əlaqədar Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin 1500 abonentlik aşağı hissəsinin qaz təchizatı dayandırılıb.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, qəzanın nəticələrinin operativ olaraq aradan qaldırılması məqsədi ilə Şirkətin «Azəriqaz» İstehsalat Birliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
«Təmir işləri aparılan müddətdə respublikanın digər yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olmayacaq», - deyə ARDNŞ-dan bildirilib.