Bank Of Baku

«Bakıelektrikşəbəkə» bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

«Bakıelektrikşəbəkə» bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 06 avqust 2013 15:01 (UTC +04:00)

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Bakıelektrikşəbəkə» bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

 

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılması təmin olunacaq.

 

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

 

«Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında «199 - Qəza Xidməti»nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq», - deyə ASC-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR