Bank Of Baku

«BP-Azerbaijan» ARDNŞ-a səmt qazının təhvil verilməsi planını vaxtından öncə yerinə yetirəcək

«BP-Azerbaijan» ARDNŞ-a səmt qazının təhvil verilməsi planını vaxtından öncə yerinə yetirəcək
# 06 avqust 2013 15:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun operatoru olaraq «BP-Azerbaijan» şirkəti bu ilin birinci yarısında “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün “Azəriqaz” dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib.

 

«BP-Azerbaijan»dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə «BP-Azerbaijan» şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 6,7 mln. kubmetr, ümumilkdə isə 1,21 mlrd. kubmetr AÇG səmt qazı verilib. Bu, demək olar ki, bütün il üçün ARDNŞ-a təhvil verilməsi planlaşdırılan həcmə bərabərdir. Belə ki, bütün il üçün plan - 1,24 mlrd. kubmetr təşkil edir.

 

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%), «ONGC Videsh Limited» (2,72%) şirkətləri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR