Bank Of Baku

«Bulla-dəniz» yatağındakı quyuda fontanın bağlanması istiqamətində işlər sürətləndirilib

«Bulla-dəniz» yatağındakı quyuda fontanın bağlanması istiqamətində işlər sürətləndirilib
# 04 oktyabr 2013 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yanğın baş vermiş «Bulla-dəniz» yatağındakı 90 saylı quyuda fontanın bağlanması istiqamətində işlər sürətləndirilib.

 

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Bulla-dəniz» yatağındakı quyuda qazma zamanı baş vermiş qəzanın ləğv edilməsi istiqamətində aparılan işlər artıq hazırlıq-tamamlama mərhələsindədir. Quyudan açıq fontan nəticəsində çıxan qazın bundan əvvəlki tədbirlər nəticəsində 90% şaquli istiqamətdə yönəldilməsinə baxmayaraq, alov quyuətrafı zonada yüksək temperatur yaratdığı üçün mütəxəssislərin işinə maneçilik törədirdi. Bu problemi aradan qaldırmaq məqsədi ilə ARDNŞ mütəxəssisləri tərəfindən xüsusi tərtibatlı «Venturi» borusu hazırlanıb və fontan quyusunun ağzına oturdurulub.

 

Nəticədə, quyudan çıxan qazın bütün həcmi boru vasitəsilə tam şaquli istiqamətdə yönəldilib və yanma prosesinin quyu ağzından 12-13 metr hündürlükdə getməsinə nail olunub. Bu da quyu ətrafında fontanla mübarizə aparan işçilərin təhlükəsiz şəraitdə işləməsinə və fontanın bağlanması istiqamətdə hazırlıq-tamamlama işlərinin sürətlə aparılmasına imkan yaradıb.

 

Hazırda ARDNŞ-in tikinti-quraşdırma sahəsində ABŞ-dan gətirilmiş su-qum şırnağı kəsici sisteminin quraşdırılması davam etdirilir. Bu kəsici sistem quyu ağzının sıradan çıxmış flans birləşməsinin təhlükəsiz olaraq kəsilməsinə imkan verəcək. Bundan sonra isə quyu ağzının tam yığılması və qazın nəql sisteminə yönəldilməsi əməliyyatına başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR