Bakı. Aynur Əliyeva. APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında yeni quyu qazılır. ARDNŞ-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Günəşli» yatağındakı 10-cu özüldən 341 nömrəli quyunun qazma işlərinə başlanılıb.
Məlumata görə, «28 May» NQÇİ-nin sifarişi ilə Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3 100 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 100 ton neft hasil olunacağı nəzərdə tutulur.
Qeyd edək ki, qazma işləri «Neft Daşları» Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.