Bank Of Baku

«Nabucco» layihəsində 50%-lik iştirak payı «Şahdəniz» konsorsiumuna təklif olunur

«Nabucco» layihəsində 50%-lik iştirak payı «Şahdəniz» konsorsiumuna təklif olunur
# 21 dekabr 2012 09:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi ilə məşğul olan konsorsium «Nabucco» kəmərini qazla təmin etməklə onun tikintisi perspektivlərini artıra bilər. APA-nın «Financial» saytına istinadən verdiyi məlumata görə, bunu Bolqarıstan Enerji Holdinqinin rəhbəri Mixail Andonov bildirib: «Bu konsorsiumun «Nabucco» qaz kəməri layihəsindəki səhmlərin 50%-ni götürəcəyini gözləyirik».

 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar davam edir və «Nabucco» səhmdarlarının 2013-cü il yanvarın 10-da Sofiyada keçiriləcək görüşünə qədər razılaşma əldə oluna bilər: «Belə bir razılaşma «Nabucco»nun perspektivlərini artıracaq».

 

Xatırladaq ki, «Nabucco» layihəsi Avstriyanın OMV, Almaniyanın RWE, Macarıstanın MOL, Rumıniyanın «Transgaz», Bolqarıstanın «Bulgargaz» və Türkiyənin «BOTAŞ» şirkətləri tərəfindən dəstəklənir və məqsədi Avropanın Rusiya qazından asılılığını aradan götürməkdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR