«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib: «Bununla da 6 mlrd. dollar həcmində investisiyanın qoyulmasına başlanılacaq. Bura yeni blokların inşası, qaz boru kəmərinin tikintisi və s. aiddir».
Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinə gələn il başlanacağını bildirən R.Abdullayev bu layihənin 7-10 mlrd. dollara başa gələcəyini vurğulayıb: «Ümumilikdə, «Şahbəriz-2» layihəsi 28-30 mlrd. dollara başa gələcək. İlk qazın 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlinlə nəqlinə başlanacaq».
Qeyd edək ki, bu layihə çərçivəsində ilk qazın 2017-ci ildə hasil olunacağı gözlənilir. İllik qaz hasilatı 16 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Yatağın ümumi ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. Layihədə BP (25,5% - operator), «Statoil» (25,5%), ARDNŞ (10%), NICO (10%), «Total» (10%), «LUKoil» (10%), TPAO (9%) şirkətləri iştirak edir.