«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «BP-Azerbaijan»ın «Şahdəniz» yatağının işlənməsi layihəsi üzrə vitse-prezidenti Alasder Kuk bildirib.
Onun sözlərinə görə, BP ilə ARDNŞ arasında dekabrın 18-də imzalanmış sənədə əsasən, A
«Yəni, Cənubi Qafqaz Boru kəməri ilə təkcə «Şahdəniz» qazı deyil, Azərbaycanda hasil olunan digər qaz da nəql oluna bilər», - deyə A.Kuk bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə Azərbaycandan Avropaya qaz nəqli prosesində aparıcı rol ARDNŞ-ə məxsus olacaq: «BP isə boru kəmərinin operatoru kimi qalacaq».
Vitse-prezident bildirib ki, «Şahdəniz» qaz yatağının geniş işlənməsi ilə yanaşı, Cənubi Qafqaz Boru kəmərinin gücünün 9 mlrd. kubmetr artırılaraq 25 mlrd. kubmetrə çatdırılmasını nəzərdə tutan «Şahdəniz-2» layihəsinin təqribi dəyəri 25 mlrd. dollardır. Layihə ilə bağlı son investisiya qərarı 2013-cü ilin ikinci yarısında veriləcək.
Ümumilikdə, «Şahdəniz-2», Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi və TANAP layihələri, eləcə də qazı Avropaya nəql edəcək kəmərin («Nabucco-West» və ya TAP) də daxil olduğu bütün layihənin ümumi dəyəri təqribən 40 mlrd. dollardır.
A.Kuk bildirib ki, «Şahdəniz» konsorsiumu «Nabucco-West» ilə TAP arasında seçimi iyun ayında edəcək. Adı çəkilən boru kəməri layihələri öz son təkliflərini aprelin 1-dək təqdim etməlidir.