Bakı-APA. Yaponiyanın avtonəhəngi «Toyota» yenidən amerikalı rəqibi «General Motors»u dünyanın ən çox avtomobil satan şirkətlər siyahısında birinci yerdən sıxışdırıb.
2012-ci ildə yapon şirkəti 9 milyon 700 min minik və yük avtomobili satıb. Satışlar bu ildə artan templə davam edir. GM 9 milyon 290 min maşın satıb.
Hər iki şirkət satışı artıra bilib, lakin «Toyota»nın artımı daha böyük olub. «Camry» modeli bu məsələdə böyük rol oynayıb.
GM 70 ildən artıq müddətdə avtomobil satışında lider olub və yalnız 2008-ci ildə bu titulu «Toyota»ya güzəştə gedib. Lakin 2011-ci ildə GM yenidən birinci pilləyə qayıdıb.
Bu arada artıq «Volkswagen» «GM»ə çatmaq üzrədir. 2012-ci ildə almanlar 9 milyon 100 min avtomobil satıblar.