Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorunun yeni müavini təyin edilib

 Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorunun yeni müavini təyin edilib
# 24 iyul 2013 12:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İsrafil Aydın oğlu Məmmədov Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

 

Fonddan «APA-Economics»ə verilən məlumata görə, İ.Məmmədov bu vaxtadək Azərbaycan Dövlət Neft Fondunun Vəsaitlərin idarə edilməsi Müdiriyyətinin müdiri vəzifəsində çalışıb.

 

Daha öncə həmçinin Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq iqtisadi əlaqələr İdarəsinin attaşesi, Azərbaycanın Böyük Britaniyada və Şimali İrlandiya Krallığındakı səfirliyində birinci, ikinci, üçüncü katib, Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifələrində çalışıb.

 

İ.Məmmədov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi Əlaqələr fakültəsini bitirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR