Bakı. Aynur Əliyeva – APA-Economics. «Neft Daşları» yatağında yeni quyu istismara verilib.
ARDNŞ-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Neft Daşları» yatağındakı 1887 nömrəli özüldən 2677 nömrəli quyu qazmadan sonra istismara verilib.
Qeyd edək ki, «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki altı lay dəstəsinə qazılmış quyu 2921-2903 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu ARDNŞ-in «Neft Daşları» NQÇİ-nin sifarişi ilə qazılıb.