Bank Of Baku

Bakıda Avrasiya Sement İstehsalçılarının Forumu keçiriləcək

 Bakıda Avrasiya Sement İstehsalçılarının Forumu keçiriləcək
# 15 oktyabr 2013 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Rusiyanın «Business Cem» sement istehsalçıları birliyinin birgə təşkilatçılığı ilə Bakıda Avrasiya Sement İstehsalçılarının Forumu keçiriləcək.


Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirə 14 ölkədən 70-dən artıq sement istehsalçısının qatılacağı gözlənilir. Tədbir çərçivəsində sement istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının sərgisi də təşkil ediləcək.


Forum oktyabrın 21-22-də «JW Abşeron Marriott» mehmanxanasında keçiriləcək. Azərbaycanlı iş adamları tədbirdə iştirak etməyə dəvət edilir. Tədbirdə iştirak ödənişlidir (hər bir nümayəndə üçün ödəniş haqqı 470 avro təşkil edir).


Forum və sərgidə iştirakda maraqlı olanlar tədbirin təşkili üzrə əlaqəli şəxs İrina Valyukovaya müraciət edə bilər: (tel.: +7 910 417 4718; e-mail: [email protected]).


Tədbirlə bağlı əlavə məlumatı əlaqəli şəxs Anar Nuriyevdən (tel.: 012 5980147/48 və ya 4371142, daxili: 123; e-mail: [email protected]) almaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR