Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 2013-cü ilin ilk 6 ayı ərzində ölkə üzrə 108 yaşayış məntəqəsi qazlaşdırılıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in məlumatında deyilir.
Bu dövrdə 72 991 yeni əhali abonenti təbii qazla təmin olunub ki, onların da 56 860-sı regionlarda, 16 131 nəfəri isə Bakı şəhərində yaşayır.
Bu ilin birinci yarısında əhali abonentlərinin mənzillərində quraşdırılmış və əvəz olunmuş məişət qaz sayğaclarının ümumi sayı 291 960 ədəd olub. Bunun da 198 251-i «smart-kart» tipli sayğacdır.