Bank Of Baku

ARDNŞ-da «Total» şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

ARDNŞ-da «Total» şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
# 15 yanvar 2013 15:55 (UTC +04:00)

 

Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev «Total E&P»nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel və “Total-Azərbaycan” şirkətinin baş meneceri Kristian Qyudiçellini qəbul edib.

 

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazasına hazırlıq işləri, Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələləri və bu çərçivədə TANAP layihəsi, habelə “Abşeron” yatağının işlənilməsi konsepsiyası üzrə ilkin baxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər görülən işlərdən razılıq ifadə edərək, qarşıda duran vəzifələrdən danışıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR