Bank Of Baku

ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində 130 gənc xarici universitetlərdə təhsil alıb

ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində 130 gənc xarici universitetlərdə təhsil alıb
# 14 yanvar 2013 08:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) xaricdə təhsillə bağlı Təqaüd Proqramı çərçivəsində indiyədək 130 gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alaraq Azərbaycana qayıdıb və neft şirkətinin müvafiq strukturlarında işlə təmin olunub. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-də xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasında bildirilib.

 

İclasda ARDNŞ-in gənclərin xaricdə təhsilləri üzrə Təqaüd Proqramı haqqında ümumi statistik məlumat dinlənilib və bildirilib ki, istedadlı və perspektivli gənclərin ARDNŞ-in vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam edir. Belə ki, indiyədək Təqaüd Proqramı çərçivəsində 130 gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alıb, hazırda 71 tələbə təhsilini davam etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR