«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib: «Dünyada birdən birə bu qədər investisiya layihəsi reallaşdıran ikinci şirkət tapmaq çətindir. Biz təkcə Türkiyədə bir neçə layihəyə – TANAP, neft emalı zavodu, liman, 600 MVt-lıq elektrik mərkəzinin tikintisinə başlayacağıq. Gürcüstanda da layihələrimiz var və hesab edirik ki, gələn ilin sonuna ikinci karbamid zavodunun da tikintisinə başlayaq».
ARDNŞ prezidentinin sözlərinə görə, tələb olunan maliyyət vəsaitlərinin həm korporativ istiqrazların emissiyası vasitəsilə, həm də xarici maliyyə qurumlarından kredit şəklində cəlb edilməsi planlaşdırılır: «Hazırda istiqrazların buraxılması üçün hazırlıq işləri davam edir və gələn il ARDNŞ bəzi layihələrin ölkədaxili istiqrazların yerləşdirilməsi yolu ilə maliyyələşdirməsinə başlayacaq».