Bank Of Baku

ARDNŞ «Middle East Petrolium Azerbaijan» şirkətini məhkəməyə verib

ARDNŞ «Middle East Petrolium Azerbaijan» şirkətini məhkəməyə verib
# 16 yanvar 2013 13:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Tresti «Middle East Petrolium Azerbaijan» şirkətinin Qaradağ Əməliyyat Şöbəsini məhkəməyə verib.

 

APA-nın məlumatına görə, ARDNŞ müqavilə üzrə yaranmış borcun və gecikdirmə nəticəsində zərərin əvəzinin birdəfəlik ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı Yerli İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin hazırlıq iclası yanvarın 23-də keçiriləcək.

 

Qeyd edək ki, «Middle East Petrolium Azerbaijan» şirkəti ilə ARDNŞ arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, «Middle East Petrolium Azerbaijan» Azərbaycana məxsus neft və neft məhsullarının xaricə daşınmasını həyata keçirir. Həmin şirkət Azərbaycan nefti ilə yanaşı Türkmənistan və Qazaxıstan neftinin də alıcılara çatdırılması ilə məşğul olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR