Bank Of Baku

ARDNŞ Ceyhan limanından neft ixracını azaldıb

ARDNŞ Ceyhan limanından neft ixracını azaldıb
# 07 yanvar 2013 14:53 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2012-ci ilin dekabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 167,003 min ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 161,607 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 647,460 min ton xam neft ixrac edib.

 

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə ötən il ərzində Novorossiysk limanından 2 064,0 min ton, Supsa limanından 2 742,367 min ton, Ceyhan limanından isə 20 199,660 min ton xam neft ixrac edilib.

 

Əvvəlki il ilə müqayisədə Novorossiysk limanından neft ixracı 0,6%, Supsa limanından 3,4% artıb, Ceyhan limanından isə neft ixracı 12,06% azalıb. ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR