Bank Of Baku

ARDNŞ Gürcüstanın daha bir kəndinə qaz verib

ARDNŞ Gürcüstanın daha bir kəndinə qaz verib
# 14 oktyabr 2013 14:46 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Kaxeti bölgəsindəki Kvareli rayonunun gürcülər yaşayan Kremi kəndinə təbii qaz verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, «SOCAR Georgia Gas» şirkətinin sərmayəsi ilə 700 ailənin yaşadığı Kremi kəndindəki 46 ailəyə ilk dəfə olaraq təbii qaz çəkilib. APA-nın məlumatına görə, daha 403 evə qaz xətlərinin çəkilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, bu gün Kremi kəndinə qaz verilməsi tədbirinin açılışında Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze iştirak ediblər. Tədbirə həmçinin Azərbaycan və  Gürcüstanın rəsmi şəxsləri, eyni zamanda Kaxetiya bölgəsinin rəhbərliyi də qatılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR