Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 2012-ci ilin dekabr ayı ərzində 6 580 metr qazma işi həyata keçirib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 5 782 metri istismara, 798 metri kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2012-ci ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 136 441 metr qazma işi görülüb ki, bunun da 128 968 metri istismara, 7 473 metri kəşfiyyata aid olub.