Bank Of Baku

ARDNŞ Rumıniyada investisiya layihələrini davam etdirəcək

ARDNŞ Rumıniyada investisiya layihələrini davam etdirəcək
# 25 iyul 2013 15:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Buxarestdə “Qiymətlərin liberallaşdırılmasının enerji bazarına və istehlakçılara təsiri” mövzüsunda konfrans keçirilib. Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, konfransda Rumıniyanın enerji məsələləri üzrə dövlət naziri Konstantin Nita, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

 

ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimov konfransda çıxış edərək, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı roldan danışmış, ötən ay TAP layihəsinin rəsmən elan edilməsi, ARDNŞ-ın Rumıniya, Gürcüstan, Ukrayna, Yunanıstan, Türkiyə və İsveçrədə yatırdığı investisiyalar və bir çox Avropa ölkələrindəki potensial investisiya araşdırmaları haqqında məlumat verib. O, ARDNŞ-nin Rumıniya enerji sektorunda investisiya layihələrini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR