Bank Of Baku

Avropa Birliyi TANAP layihəsi ilə bağlı “Şahdəniz 2” və “Nabucco” konsorsiumları arasında saziş imzalanmasını alqışlayıb

Avropa Birliyi TANAP layihəsi ilə bağlı “Şahdəniz 2” və “Nabucco” konsorsiumları arasında saziş imzalanmasını alqışlayıb
# 18 yanvar 2013 14:54 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, G.Ottinger Brüsseldə yayılan açıqlamasında bunu “Cənub dəhlizi”nin reallaşması istiqamətində mühüm addım adlandırıb.

 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin TANAP sazişini ratifikasiya etməsi Azərbaycan qazının Avropaya nəqli üçün ixtisaslaşdırılmış infrastruktur yaratmağa imkan verəcək.

 

Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.

 

Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR