Bank Of Baku

Azərbaycan 2015-ci ildə sementə olan daxili tələbatı tam özü təmin edəcək

Azərbaycan 2015-ci ildə sementə olan daxili tələbatı tam özü təmin edəcək
# 21 oktyabr 2013 10:30 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan özünün sement tələbatının daxili isehsal imkanları hesabına ödənilməsi səviyyəsini 2015-ci ildə 100%-ə çatdıracaq: «Ötən il bu göstərici 44% olub. Nəticədə, Azərbaycan əhalisinin bütün işçi qüvvəsinin 10%-nin cəmləşdiyi tikinti materialları sahəsində istehsalat qeyri-neft sektorunun emal sənayesi sahələri arasında üçüncü yeri tutub».

 

Nazir müavini bildirib ki, 2012-ci ildə Azərbaycanda istehsal olunan sement daxili tələbatın 44%-ni ödəyirdi: «Sementin qalan 56%-i isə xaricdən idxal olunub. Biz sementə olan tələbatı 100% yerli istehsal hesabına ödəməyi planlaşıdırırıq. Proqnoza görə, buna 2015-ci ildə nail olacağıq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR