Bank Of Baku

Azərbaycan dizel yanacağının ixracını azaldıb, təyyarə benzininin ixracını artırıb

Azərbaycan dizel yanacağının ixracını azaldıb, təyyarə benzininin ixracını artırıb
# 04 dekabr 2012 15:24 (UTC +04:00)

 

Bakı - APA-Economics. ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin noyabr ayında 79 min 3 ton dizel yanacağı, 4 min 59 ton təyyarə yanacağı, 51 min 785 ton vakuum qazoylu ixrac edib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 2012-ci ilin yanvar-noyabr ayları ərzində 840 min 284 ton dizel yanacağı, 121 min 419 ton təyyarə yanacağı, 82 min 892 ton vakuum qazoylu ixrac edilib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə ilk 11 ayda dizel yanacağının ixracı 28,5% azalıb, təyyarə yanacağı ixracı isə 65,1% artıb. 2012-ci ilin noyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 932,31 dollar, təyyarə yanacağının 989,13 dollar, dizel yanacağının 924,73 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 608,55 dollar təşkil edib.

 

Ötən ilin noyabr ayına nisbətən avtomobil benzininin qiyməti 0,2% artıb, təyyarə yanacağının qiyməti 0,3%, dizel yanacağının qiyməti 4,3%, 1%-li kükürdlü mazutun qiyməti isə 7,8% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR